Yığmamız darmadağın oldu

Bu gün paytaxtımızda 17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin IX qrupunun ilk oyunu keçirilib. Siasport.az saytı xəbər verir ki, Bosniya və Herseqovina, İspaniya, Ukrayna və Azərbaycanın yer aldığı qrupda ilk oyunda milli komandamız Ukrayna yığması ilə qarşılaşıb. Artıq bir neçə ildir formalaşdırılan, Avropanın bir çox ölkələrində təlim-məşq toplanışları keçən və heyətinə hətta Almaniyadan legionerlər də cəlb olunan yığmamız ilk rəsmi oyununda darmadağınla üzləşib. Belə ki, Ukrayna yığması millimizi 3:0 hesabı ilə məğlub edib.
Hesabı 31-ci dəqiqədə Tatyana Kozırenko açıb. 53-cü dəqiqədə Yana Malaxova fərqi artırıb. 68-ci dəqiqədə isə Tatyana Kozırenko penaltidən dublunu rəsmiləşdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə