İstanbulun \"Beşiktaş\" futbol klubunun ispaniyalı futbol ulduzu Quti Hernandez, əməlli-başlı əndazəsini aşıb. Siasport.az saytı xəbər verir ki, baş məşqçi tərəfindən \"Persona Non Qrata\" elan olunan və UEFA Avropa Liqası çərçivəsində dünən keçirilən qarşılaşmada heyətə daxil edilməyən ulduz futbolçu, komandası İngiltərədə \"Stok Siti\" ilə mübarizə apararkən, o öz vətənində yeni sevgilsi ilə eşq həyatı yaşayıb. Belə ki, dünən gecə özünün twitter səhifəsində yeni sevgilisi olan teleaparıcı Paula Vazquez Picallo ilə şəkillərini yerləşdirən Quti, bununla baş məşqçiyə acıq verirmiş kimi hərəkət edib. Artıq onun bu saymazyana hərəkətləri İstanbul klubunda da ciddi etirazla qarşılanıb. Türkiyə mətbuatının yazdığına görə, komanda rəhbərliyi Qutinin bu addımının futbolçuların nizam-intizamına və psixoloji durumuna çox mənfi təsir edəcəyindən ehtiyat edir. Güman ki, onunla yollar tezliklə ayrılacaq. Çünki bu durum daha çox \"Beşiktaş\"a ziyan verecek.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB