Vaqif Cavadov: \"Hələlik mənə dirək və tirlər mane olur\"-MÜSAHİBƏ

Vaqif Cavadov: \"Hələlik mənə dirək və tirlər mane olur\"-MÜSAHİBƏ

Vaqif Cavadov \"Volqa\" klubunun rəsmi saytına müsahibə verib. Siasport.az saytı müsahibəni nəzərinizə çatdırır:

- \"Amkar\"la oyuna necə köklənmisiniz?
- Yaxşı, döyüşkən. Bütün komanda yoldaşlarım kimi, qarşıdakı görüşlərin 6 xal uğrunda mübarizə olduğunu başa düşürəm. Qələbə komandaların hər birinə heç vaxt olmadığı kimi vacibdir. Azarkeşlərə söz veririk ki, bütün 90 dəqiqə boyu hər oyun epizodu uğrunda mübarizə aparacağıq.

- Moskva klubları ilə axırıncı 2 görüşdən sonra bərpa oluna bilmisiniz?
- Həmin qarşılaşmalar çox çətin idi. Ancaq çətin oyunların bir-birinin ardınca gəlməsinə baxmayaraq, biz belə ritmdən uzaqlaşa bildik. Yeganə mənfi cəhət heyətdə elə də böyük olmayan itkilərdir.

- Özünüzü necə hiss edirsiniz?
- Bütün ağrılardan xilas olmuşam və özümü yaxşı hiss edirəm. Fikrimcə, vəziyyətim meydanda 90 dəqiqənin hamısını keçirməyə imkan verir.

- Rəqib haqda nə bilirsiniz?
- Əsas xəbər rəqibin baş məşqçisi Rəşid Rəhimovun istefa verməsidir. Məşqçinin dəyişməsi həmişə futbolçuların motivasiyasına təsir edir. Fikrimcə, \"Amkar\"ın futbolçuları ikiqat əzmlə oynayacaqlar.

- Əvvəlki 6 xal adlandırılan \"Rostov\", Nalçik \"Spartak\"ı ilə oyunlarda azarkeşləri parlaq və baxımlı futbolla sevindirə bilmədiniz. Bu dəfə azarkeşlər komandanızdan hansı oyunu gözləyə bilər?
- Fikrimcə, mübariz oyun olacaq. Biz azarkeşləri hücumda yaradıcı oyunla sevindirməyə çalışacağıq. Yəqin ki, qonaqlar müdafiəyə üstünlük verəcəklər. İnanıram ki, 90 dəqiqədən sonra qələbəni məhz bizim azarkeşlər bayram edəcəklər.

- "Spartak\"la qarşılaşmada qapı tirini nişan aldınız. Sizdən nə vaxt qol gözləyək?
- Bəli, hələlik mənə dirək və tirlər mane olur (gülür). Fikrimcə, bu məsələni II dövrənin sonunadək həll edəcəyik. Növbəti oyunlarda qol vurmağa çalışacağam.

- \"Spartak\"la kubok mübarizəsində penalti zərbəsini dəqiq yerinə yetirdiniz. Özü də orijinal yolla. Gözəl zərbə ilə qapının mərkəzini nişan aldınız. Belə zərbə vurmağı əvvəldən planlaşdırmışdınız?
- Əvvəldən qərara almışdım və zərbəni texniki cəhətdən məhz istədiyim kimi yerinə yetirdim.

- Məşqçi buna görə sizi söymədi?
- Yox. Axı, top torda idi (gülür).

- Belə demək olar ki, artıq Rusiya Premyer Liqasına uyğunlaşmısınız?
- Yetərincə. Bunu azarkeşlər və mütəxəssislər də deyə bilər. Ancaq həqiqətən də burada özümü yaxşı hiss edirəm. Hər tur, hər oyun mənə özünəinam gətirir.

Bütün xəbərlər Facebook səhifəmizdə