İstanbulun "Qalatasaray" futbol klubunun uruqvaylı qolkiperi Fernando Muslera, yaşıl meydanlara qayıtmaq üçün əməllicə darıxmağa başlayıb. Siasport.az saytı xəbər verir ki, "Qalatasaray"ın səfərdə "Kardemir Karabükspor"la keçirdiyi qarşılaşmada qırmızı vərəqə alaraq meydandan qovulan F.Muslera, doğma komandasının "Türk Telekom Arena"da "Eskişehirspor"u 2:0 hesabı ilə məğlub etdiyi oyunu da tribunadan izləməli olub. Qırmızı vərəqə alandan sonra baş məşqçi Fatih Terim və "Qalatasaray" azarkeşləri tərəfindən dəstək alan qapıçının özü isə İstanbul klubunun rəsmi internet səhifəsinə verdiyi açıqlamada doğma komandasına kömək etmək üçün yaşıl meydanlara qayıtmaq istədiyini dilə gətirib. Ona dəstək olan hər kəsə minnətdarlıq edən qapıçı, "Qalatasaray" azarkeşlərinin möhtəşəm olduqlarını, hər zaman hər yerdə doğma komandalarını dəstəklədiklərini Deyib: "Bu cür möhtəşəm azarkeşləri olan böyük komandada oynamaq çox qürurvericidir. Qarşıdakı oyunlarda bizdən sevgisini əsirgəməyən bu unsanları gözəl qələbələrlə sevindirmək üçün hamımız var gücümüzlə çalışacaqıq"-deyə uruqvaylı futbolçu fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB