Maksim Medvedev: "Rəqibdən hər şey gözləmək olar"-AÇIQLAMA

Maksim Medvedev: "Rəqibdən hər şey gözləmək olar"-AÇIQLAMA
"Komandada hər şey qaydasındadı. AZAL üzərində qələbədən sonra düşərgədə əla ab-hava yaranıb". Siasport.az saytı xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Maksim Medvedev deyib.
Gənc futbolçu "Turan"la oyunun çətin olacağını bildirib: "Çoxları bizi oyunun favoriti hesab edir. Amma rəqibdən hər şey gözləmək olar. Biz indidən üç xalı qazandığımızı deyə bilmərik. "Turan"ın yaxşı futbolçuları var, komanda təcrübəli oyunçulardan qurulub".

Bütün xəbərlər Facebook səhifəmizdə