Hamit Altıntopun Kakanın qəzəbinə gəlməsinin sirri məlum olub. Siasport.az saytı xəbər verir ki, Almaniyanın \"Bayern Münhen\" futbol klubundan İspaniyanın \"Real\" futbol klubuna transfer olunan, amma zədə üzündən uzun müddət kral klubunun heyətində meydana çıxa bilməyən türkiyəli futbolçu, zədəli olduğu vaxtlarda oynamadığı üçün \"Real\"dan bir qəpik də olsun pul almayacağını deyib. İspaniya mətbuatı yazır ki, H.Altıntopun bu jesti, \"Real\" rəhbərliyini və azarkeşləri çox təsirləndirib. \"Marça\" qəzeti yazır ki, türkiyəlinin bu addımından təsirlənən kral klubunun rəhbərliyi, H.Altıntopun jestini peşakar futbolçuya yaraşan addım kimi qiymətləndiriblər. Uzun müddətdir zədə ucbatından oynamayan Kaka isə, H.Altıntopa etiraz edərək, onun bəyanatının əsassız olduğunu, futbolçulara maddi ziyan verəcəyini bildirib. Həttda İspaniya mətbuatı Kaka və başqa zədəli futbolçuların H.Altıntola soyuq davrandıqları haqqında məlumatlar da dərc etməyə başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB