Bu gündən oktyabrın 2-dək Bakıda keçmiş sovet məkanı ölkələrinin alpinizm federasiyaları rəhbərlərinin və səlahiyyətli nümayəndələrinin illik görüşü - MDB, Gürcüstan və Baltik ölkələrinin alpinizm federasiyaları rəhbərlərinin üçüncü sammiti keçiriləcək. Sİasport.az saytı xəbər verir ki, görüşün gündəliyinə aşağıdakı məsələlər daxil edilib: Təlimatçıların və dağ bələdçilərinin hazırlanması (birgə təhsil proqramları, hazırlıq mərkəzləri arasında qarşılıqlı əlaqə və ixtisas dərəcələrinin təsdiq edilməsi, hazırlıq standartlarını unifikasiyasının müzakirəsi), alpinizm üzrə beynəlxalq yarışlar (MDB çempionatı, buzadırmanma, qaya sinfi, veteranlar arasında yarışlar, beynəlxalq alpinizm birliyində yarış ideyasının genişləndirilməsi), marşrutların təsnifatına vahid yanaşmalar (yekun sənədin müzakirə edilməsi, imzalanması), infrastruktur (alpinist düşərgələri, dağlarda komalar və sığınacaqlar, Avrasiya alpinizm və qayayadırmanma assosiasiyası (AAQA) ilə qarşılıqlı fəaliyyət.
Sammitin işinin yekunları üzrə MDB İcraiyyə Komitəsinin İdman şurası yanında alpinizmin inkişaf etdirilməsi üzrə işçi qrupun iclasının protokolu tərtib edilib.
Proqramda qonaqların Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.
Sammit bu il oktyabrın 4-dən 9-dək Nepalın paytaxtı Katmanduda təşkil olunacaq Beynəlxalq Alpinist Assosiasiyaları İttifaqının (UIAA) baş assambleyası ərəfəsində keçiriləcək.
Azərbaycan Milli Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu deyib: "Sammitin ev sahibi kimi çıxış etmək bizim üçün böyük şərəfdir. Bu, beynəlxalq formatda əhəmiyyətli tədbirlərdən biridir və görüşlər, ünsiyyət və mühüm məsələlərin həlli üçün əla meydandır. Biz sevinirik ki, dövlətin hərtərəfli dəstəyi ilə Azərbaycan Alpinist Birliyinin göstərdiyi səylər beynəlxalq səviyyədə rəy doğurub və lazımınca qiymətləndirilib".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB