Azərbaycan milli komandasının ən ağır çəkili boksçusu Məhəmmədrəsul Məcidovun dünya çempionatındakı ilk rəqibi məlum olub. Siasport.az saytı xəbər verir ki, həmyerlimiz oktyabrın 2-də Özbəkistan təmsilçisi Sərdor Abdullayevlə qarşılaşacaq. Abdullayev Misir idmançısı Madian Kassemi 20:7 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Məcidov və Abdullayev artıq bir dəfə rinqdə üz-üzə gəliblər. Amma həvəskar boksda yox, WSB liqasında. Boksçumuz "Astana Arlans" klubunun şərəfini qoruyan Abdullayev üzərində inamlı qələbə qazanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB