Əmrə Belazoğlu hələ 20 gün yaşıl meydanlardan uzaq olacaq...

Əmrə Belazoğlu hələ 20 gün yaşıl meydanlardan uzaq olacaq...
Futbol üzrə Türkiyə millisinin və İstanbulun \"Fənərbaxça\" futbol klubunun forvardı Əmrə Belazoğlu, daha 20 gün yaşıl meydanlara qayıtmayacaq. Siasport.az saytı xəbər verir ki, futbol üzrə Türkiyə millsinin baş məşqçisi olan Quss Hiddinqin Azərbaycan və Almaniya ilə qarşılaşmalara çağırmadığı \"Fənərbaxça\"lı futbolçu, həkimlərin ciddi müayinəsi altında müalicəsini davam etdirir. Ə.Belazoğlunun bu durumu isə daha çox İstanbul klubunu qayğılandırır. Çünki Türkiyə Superliqasında qarşıdakı günlərdə çətin qarşılaşmalara çıxacaq \"Fənərbaxça\" üçün Ə.Belazoğlunun yoxluğu böyük itkidir.

Bütün xəbərlər Facebook səhifəmizdə