"Qalatasaray"ın 3000-ci qolunu vuran futbolçu super hədiyyə alacaq!
İstanbulun "Qalatasaray" futbol klubunda maraqlı sürpriz ab-havası yaşanır. Siasport.az saytı xəbər verir ki, ötən həftə "Eskişehirspor"la keçirilən və "cim bom"un 2:0 hesablı qləbəsi ilə yekunlaşan qarşılaşmada "Qalatasaray" Türkiyə Superliqası tarixində özünün 2999-cu qoluna imza atıb. Bu həftənin sonunda səfərdə "Ankaragücü" ilə qarşılaşacaq İstanbul klubunda.,3000-ci qola imza atacaq futbolçu üçünsə, klub rəhbərliyi tərəfindən böyük miqdarda pul hədiyyəsi və digər sürprizlər hazırlanır.
Türkiyə mətbuatı xəbər verir ki, şəxəsən "Qalatasaray" prezidenti Ünal Aysal "cim bom"un 3000-ci qoluna imza atacaq futbolçu üçün öz şəxsi vəsaiti hesabına böyük hədiyyə hazırlayıb. İndi söz "Qalatasaray" futbolçularındadır. Necə deyərlər, vur qolu, al hədiyyəni!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB