Tanış olun, Vengerin Messisi...
Son günlər özünün ağır böhran dövrünü yaşayan Londonun "Arsenal" futbol klubunda, deyəsən ab-hava düzəlməyə başlayılb. Siasport.az saytı xəbər verir ki, həm İngiltərə Premyer Liqasında, həm də UEFA Çempionlar Liqasında keçirdiyi son qarşılaşmalarda meydanı qələbə ilə tərk edən "topçular", növbəti uğurlara kökləniblər. Komandanın fransız baş məçqçisi Arsen Vengerin isə kefi, necə deyərlər "göylərdə uçur". Məsələ burasındadır ki, "Arsenal"ın kapitanı olan 28 yaşlı Van Persinin son qarşılaşmalarda göstərdiyi uğurlu oyun sistemi və rəqib qapılarına vurduğu bir-birindən gözəl qollar, A.Vengeri əməlli-başlı təsirləndirib. İngilis jurnalistlərlə söhbətində V.Persini "Arsenal"ın Messisi adlandıran A.Venger, onun kapitan kimi komandanın uğurları üçün qarşıdakı turlarda daha əzmkar oyun göstərəcəyinə əmin olduğunu dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə