Kevin Cons: "Bura London Olimpiadasına lisenziya qazanmaq üçün gəlmişik"-AÇIQLAMA

Kevin Cons: "Bura London Olimpiadasına lisenziya qazanmaq üçün gəlmişik"-AÇIQLAMA

Boks üzrə dünya çempionatına qələbələrlə başlayan Amerika Birləşmiş Ştatlarının (ABŞ) komandasının əhval-ruhiyyəsi yüksək səviyyədədir. Siasport.az saytı xəbər verir ki, bu barədə mətbuata açıqlamasında ABŞ komandasının məşqçisi Kevin Cons məlumat verib: "Yarışa tam heyətlə qatılmışıq. İlk günlər hələ ki nəticələr ürəyimizcədir. Bura London Olimpiadasına lisenziya qazanmaq üçün gəlmişik. 2 boksçumuz isə Bakıda medal almağa da qadirdir".

Amerikalı mütəxəssis ilk dəfədir ki, Bakıya səfər etdiyini bildirib: "Şəhəri gəzmək üçün o qədər də çox vaxtım olmayıb. Amma müəyyən yerlərdə olmuşam və Bakı xoşuma gəlib. Müasir bir şəhərdir. Təşkilatçılar qonaq komandaların heç bir çətinliklə üzləşməməsi üçün əllərindən gələni edirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə