Futbolçu seksual təcavüzə və narkotika saxladığına görə həbs olunub

Futbolçu seksual təcavüzə və narkotika saxladığına görə həbs olunub

İngiltərə Premyer Liqası klublarından olan "Sanderlend"in futbolçusu Titus Brambl seksual təcavüzə və ağır miqdarda "A" klass növlü narkotika saxladığına görə həbs olunub. Siasport.az saytı xəbər verir ki, bu barədə Britaniya polisi məlumat yayıb. Məlumata görə, 30 yaşlı mərkəz müdafiəçi Midlsbro yaxınlığında yerləşən Klivlend şəhərində axşam saatlarında saxlanılıb.

"Sanderlend" klubu da futbolçunun həbsi ilə bağlı faktı təsdiqləyib. Polis təhqiqat apardığına görə klubdan bu barədə başqa məlumat verilmir.

Qeyd edək ki, sözügedən futbolçu bundan öncə də 2 dəfə seksual təcəvüzə görə həbs olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə