\"Barselona\"nı hədələyən Arda, Messini dünyanın ən yaxşı futbolçusu adlandırdı

\"Barselona\"nı hədələyən Arda, Messini dünyanın ən yaxşı futbolçusu adlandırdı
İspaniyanın \"Atletiko Madrid\" futbol klubunun türkiyəli forvardı Arda Turan, bir sıra açıqlamaları ilə gündəmə gəlib. Siasport.az saytı xəbər verir ki, ispaniyalı həmkarlarımıza ürəyini \"boşaldan\" keçmiş \"Qalatasaray\"lı futbolçu bir sıra məsələlər barədə danışıb. Amma onun açıqlamalarında diqqəti özünə cəlb edən əsas məqam, keçən həftə İspaniya La Liqası çərçivəsində \"Nou Kamp\"da \"Barselona\" ilə keçirilən qarşılaşmada 0:5 hesablı məğlubiyyətə münasibət bildirməsi olub. \"Barselona\"nın nəinki İspaniyanın, hətta dünyanın ən böyük futbol klubu olduğunu etiraf edən A.Turan, buna baxmayaraq bu qarşılaşmanın revanşının katalon klubu üçün əsl cəhənnəm olacağını deməyi də yaddan çıxarmayıb. Leonel Messinin dünyanın ən yaxşı futbolçusu olduğunu etiraf edən \"Atletiko Madrid\"in futbolçusu, bunun real fakt olduğunu açıqlayıb. Özünə qarşı Türkiyədəki bəzi futbol dairələri və mətbuat qurumları tərəfindən qərəzli münasibət gördüyünü deyən A.Turan, konkret olaraq \"Barselona\" ilə keçirilən qarşılaşmadan sonra bir sıra qəzetlərin manşetlərində onun haqqında yazılan xəbərləri ürək ağrısı ilə oxuduğunu dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə