Azərbaycan Premyer Liqasının VIII turu "Qəbələ" klubunun baş məşqçisi Toni Adams üçün əlamətdar olacaq. Siasport.az saytı xəbər verir ki, böyük britaniyalı mütəxəssis çempionatımızda yubiley – 40-cı oyununda iş başında olacaq.
2005-ci ildə yaranan klubun tarixinə 3-cü baş məşqçi kimi düşən Adams "Rəvan"la qarşılaşmayadək 39 matçda "Qəbələ"nin "sükanı arxasında" olub. 2010-cü ilin yayında müqavilə bağladığı komandanı ötən mövsümün 32 görüşünə çıxaran ingilis çalışdırıcı bu il 8-ci matçda bu rəqəmi 40-a çatacaq.
Bu ev oyununadək qəbələlilər Adamsın rəhbərliyi altındakı çempionat matçlarında 16 qələbə qazanıb, 14 heç-heçə edib və 9 dəfə məğlub olublar.
"Qəbələ" Toni Adamsın rəhbərliyi altında Azərbaycan Premyer Liqasında
|
mövsüm |
O |
Q |
H |
M |
TOP |
X |
|
2010/11, təsnifat mərhələsi |
22 |
8 |
7 |
7 |
19-14 |
31 |
|
2010/11, final mərhələsi |
10 |
5 |
5 |
0 |
12-4 |
20 |
|
2010/11, cəmi |
32 |
13 |
12 |
7 |
31-18 |
51 |
|
2011/12 |
7 |
3 |
2 |
2 |
7-7 |
11 |
|
Cəmi |
39 |
16 |
14 |
9 |
38-25 |
62 |
Qeyd edək ki, əsas komandanın baş məşqçisi Adams kimi əvəzedici heyətin çalışdırıcısı DARİL Villard da "Qəbələ"də 40-cı oyununu keçirəcək. İndiyədək onun rəhbərlik etdiyi əvəzedicilər 39 matçda 21 qələbə qazanıb, 9 heç-heçə edib və eyni sayda da məğlub olub. Onun yetirmələri 77 qol vurub və 43-nü buraxıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB