Dünən UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində səfərdə "Valensiya" ilə görüşən və 1:1-lik hesablı nəticə ilə razılaşıb 2 xal itirən İngiltərənin "Çelsi" futbol klubu, İspaniyada daha bir xoşagəlməz vəziyyətlə qarşılaşıb. Siasport.az saytı xəbər verir ki, "zadəganların" 50 milyon avroya bir başqa ingilis futbol klubu olan "Liverpul" futbol klubundan transfer etdiyi ispaniyalı futbolçu Fernando Torrres, öz həmyerliləri tərəfindən təhqir olunub. "Çelsi"nin baş məşqçisi Andre Boaş qarşılaşmada meydanda olduğu müddətdə heç nə ilə yadda qalmayan F.Torresi Nikola Anelka ilə əvəzləmək qərarını vedikdən sonra hər şey ispaniyalı futbolçu üçün xoşagəlməz prosesdə keçib. Belə ki, ispaniyalı azarkeşlər oyundan çıxmaq üçün meydanın qırağına gələn F.Torresi ispanca söyüş və təhqirlərə "qonaq edərək", onu satqın və həyasız adlandırıblar. İspaniya mətbuatı yazır ki, azarkeşlər tərəfindən belə halla üzləşəcəyini gözləməyən F.Torres isə, əsəbi şəkildə "Çelsi"nin ehtiyat oyunçular skamyasına üz tutub. Mətbuat yazır ki, qarşılaşmanın baş hakimi bu xoşagəlməz hadisəni də protokol kitabına qeyd etdirib. Əgər bu qeyd UEFA-ya təqdim olunarsa, o zaman "Valensiya" da cəzadan kənarda qala bilməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB