Artıq "Mançester Siti" ilə bütün "körpüləri yandıran" Karlos Tevez də, başqa ulduz futbolçular kimi, Rusiyanın yolunu tutmağa hazırlaşır. Siasport.az saytı xəbər verir ki, bir neçə gün bundan əvvəl UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bavariya" ilə qarşılaşmada meydana çıxıb oynamaqdan imtina edən və baş məşqçi Roberto Mançinin "qara dəftərinə" düşən K.Tevez, artıq Mançester təmsilçisinin düşərgəsini tərk etməyə hazırlaşır. Rusiya mətbuatı yazır ki, artıq Mahaçqalanın "Anji" futbol klubunun qazdan ayıq olan nümayəndələri, futbolçu ilə klubu arasındakı son insidentdən "səmərəli şəkildə" yararlanmaq üçün təcili olaraq K.Tevezin menecerləri ilə görüşməyə hazırlaşırlar. Rusiya mətbuatına görə, "Anji"nin prezidenti Süleyman Kərimov, K.Tevezə şəxsi məktub göndərərək, onu öz klubunda görmək istədiyini və onunla ən yüksək müqavilə imzalamağa hazır olduğunu ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB