"Barselona" Belarusda şou göstərdi, "Çelsi" isə məğlubiyyətdən canını güclə qurtardı!
Dünən gecə Çempionlar Liqasında II turun oyunlarına yekun vurulub. Siasport.az saytı xəbər verir ki, son İspaniya çempionu olan "Barselona", Belarus təmsilçisi "Bate" ilə qarşılaşmada əsl şou göstərib və belə demək mümkünsə, Belarus torpağında yüngülcə məşq edib. Zəif rəqibi üzərində 5:0 hesablı qələbəyə sevinən katalon klubu, bununla qrupda liderliyə yüksəlib. İtaliya təmsilçisi "Milan" da Çexiya təmsilçisi olan "Viktoriya" üzərində 2 cavabsız qolla qələbə çalıb. Ötən mövsüm Bundesliqada möhtəşəm çıxış edərək, uzun fasilədən sonra çempion olan Dortmund "Borussiya"sı "Marsel"ə böyük hesabla uduzub. Son günlər heç də yaxşı günlərini keçirməyən "Arsenal" klubu isə, "Olimpiakos"u evdə minimal hesabla da olsa yenməklə, ilk qələbəsini qazanıb. "Çelsi" isə İspaniyada "Valensiya" ilə qarşılaşmada heç-heçəyə razılaşıb. Keçirilən qarşılaşmaları və qeydə alınan nəticələri diqqətinizə çatdırırq: F qrupu "Marsel" (Fransa) – "Borussiya" (Dortmund, Almaniya) - 3:0 "Arsenal" (İngiltərə) – "Olimpiakos" (Yunanıstan) - 2:1 E qrupu "Valensiya" (İspaniya) – "Çelsi" (İngiltərə) - 1:1 "Bayer" (Almaniya) – "Genk" (Belçika) - 2:0 G qrupu "Zenit" (Rusiya) – "Porto" (Portuqaliya) - 3:1 "Şaxtyor" (Ukrayna) – APOEL (Kipr) - 1:1 H qrupu "Milan" (İtaliya) – "Viktoriya" (Çexiya) - 2:0 BATE (Belarus) – "Barselona" (İspaniya) - 0:5
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB