Kamran Ağayev \"İnter\"lə oyunda meydana çıxmaya bilər

Kamran Ağayev \"İnter\"lə oyunda meydana çıxmaya bilər
\"Xəzər Lənkəran\" \"İnter\"lə oyunun hazırlıqlarını Lənkəranda davam etdirir. Siasport.az saytı \"12-ci oyunçu\"nun sayıtna istinadən xəbər verir ki, komanda dünən doğma şəhərdə \"İnter\"lə oyunöncəsi son məşqinə çıxıb.
\"Fırtınalar meydanı\"nın yardımçı meydançasında baş tutan hazırlıq prosesində komandanı baş məşqçi Mirça Rednik və köməkçisi Mihay Teja hazırlaşdırıb. Artıq üç gündü məşqlərə qatılmayan komandanın kapitanı Kamran Ağayev bu gün nəhayət ki, üzə çıxıb. Onu bazanın həyətindəki otelin qarşısında görüblər. Kamranın axsadığı diqqəti çəkib ki, bu da ciddi narahatçılığa səbəb olub. Kapitanın \"İnter\"lə oyunda iştirak edib-etməyəcəyi bilinmir.

Bütün xəbərlər Facebook səhifəmizdə