1-2 oktyabr 2011-ci il tarixdə Rusiya Federasiyasının Yakutsk şəhərində sərbəst güləş üzrə Dmitri Korkinin xatirəsinə həsr olunan beynəlxalq turnir keçiriləcək. Siasport.az saytı xəbər verir ki, yığma komandanın 3 üzvü turnirdə ölkəmizi təmsil edəcək. Məşqçi Elman Əsgərovun rəhbərliyi altında Azər Paşayev (55 kq), İbrahim Yusubov və Elnur Əliyev (hər ikisi 74 kq) turnirdə iştirak edəcək. Görüşlərin idarə edilməsində isə ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynalov təmsil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB