Azərbaycan yığması Avropa çempionatında 2-ci olub

Azərbaycan yığması Avropa çempionatında 2-ci olub
Azərbaycan idmançıları parataekvondo üzrə birinci Avropa çempionatında uğurla çıxış ediblər. Siasport.az saytı xəbər verir ki, ilk dəfə Moskvada keçirilən bu turnirdə dayaq-hərəkət aparatı zədələnmiş atletlər iştirak ediblər. Azərbaycan yığma komandası 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanaraq ümumi komanda hesabında ikinci yeri tutub. 5 qızıl, 5 gümüş və 5 bürünc mükafat qazanmış rusiyalılar çempionatın qalibi olmuşlar. Üçüncü yeri Türkiyə komandası tutub.

Avropa birinciliyində Azərbaycan, Rusiya, Fransa, İspaniya, Finlandiya, İsrail, Xorvatiya, Türkiyə və Yunanıstanı təmsil edən 80-dən çox idmançı iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə