Elşad Əhmədov: "Çempionatda özümüzə rəqib bildiyimiz əsas komandalar “Qəbələ”, “İnter” və “Turan”dır"-AÇIQLAMA
Əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatında VIII turun oyunları bu gün keçiriləcək. Siasport.az saytı xəbər verir ki, bu tur çərçivəsində "Neftçi" səfərdə "Simurq" ilə qarşılaşacaq. Hazırda turnir cədvəlinə liderlik edən "Neftçi"ni ikinci pillədə qərarlaşan "Qəbələ"dən cəmi bir xal ayırır.
"Neftçi"nin baş məşqçisi Elşad Əhmədov "Simurq"la səfər oyununa yalnız qələbə qazanmaq üçün çıxacaqlarını söylədi: "Zaqatalaya qələbə qazanmaq üçün gəlmişik. Çalışacağıq ki, məzmunlu oyun göstərək. Çempionatda özümüzə rəqib bildiyimiz əsas komandalar "Qəbələ", "İnter" və "Turan"dır. Buna baxmayaraq "Rəvan" və AZAL ilə qarşılaşmalarda komandamın oyunundan razı qalmadım. Ev oyunlarında daha inamlı təsir bağışlasaq da, bizim üçün səfərdə və ya doğma meydanda oynamağın heç bir fərqi yoxdur. Biz bütün qarşılaşmalara qələbə qazanmaq üçün çıxırıq. Futbolçulardan, xüsusilə, Malik Babayev və Elnur Soltanlının göstərdiyi oyundan razıyam. Ağabala Ramazanov bombardirlər siyahısında yer alsa da, onun oyunu məni tam qane etmir. O, daha yaxşı oynaya bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB