Luis Bozelli: "Bakıda buna qədər bir neçə turnirdə iştirak etmişik və hər zaman təşkilatçılıqdan razı qalmışıq"-AÇIQLAMA

Luis Bozelli: "Bakıda buna qədər bir neçə turnirdə iştirak etmişik və hər zaman təşkilatçılıqdan razı qalmışıq"-AÇIQLAMA

Bakıda keçirilən boks üzrə dünya çempionatının texniki nümayəndəsi Luis Bozelli yarışla bağlı fikirlərini bildirib. Siasport.az saytı xəbər verir ki, o, hər bir yarışda ilk gündə müəyyən çətinliklərin, çatışmazlıqların olduğunu deyib: "İstənilən ölkədə turnir başlayanda bəzi problemlər yaranır. Bakıda da belə oldu. Amma artıq hər şey geridə qalıb. Və yarış öz axarı ilə davam edir. Hazırda döyüşlərin başlamasına 20 dəqiqə qalıb və hər şey hazırdır. AİBA-nın dünya çempionatı kimi yarışları həmişə yüksək səviyədə təşkil olunub. Əminik ki, Bakıdakı lisenziya xarakterli dünya çempionatı da belə olacaq. Biz Bakıda buna qədər bir neçə turnirdə iştirak etmişik və hər zaman təşkilatçılıqdan razı qalmışıq"

Bütün xəbərlər Facebook səhifəmizdə