Dünən axşam UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun oyunlarına start verilib. Siasport.az saytı xəbər verir ki, Rusiya təmsilçisi \"Zenit\" öz meydanında son Portuqaliya çempionu olan və eyni zamanda UEFA Avropa Liqasının son qalibi olan \"Porto\"nu qəbul edib. Sankt-Peterburq komandası, adlı-sanlı rəqibini Şirokov və Danninin qoları ilə 3:1 hesabı ilə məğlub edib. Qarşılaşmanın 10-cu dəqiqəsində Rodrigesin vurduğu qol isə \"Porto\" üçün acı təsəllidən başqa bir şey olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB