UEFA prezidenti Mişel Platini oktyabrın 7-də nəzərdə tutulan Türkiyə səfərindən vaz keçib. Siasport.az saytı xəbər verir ki, artıq Türkiyə mətbuatında bu səfərin təxirə salınması ilə bağlı bir sıra xəbərlər və şərhlər dərc olunmağa başlayıb. "Hürriyet" qəzetinin yazdığına görə, M.Platininin İstanbula gəlməkdən vaz keçməsi bir sıra səbəblərlə əlaqədardır.
Xatırladaq ki, "Fənərbağça"nın həbsdə olan prezidenti Aziz Yıldırım onu məhkəməyə verib.
Qeyd edək ki, Mişel Platini Türkiyə və Almaniya milli komandaları arasında keçiriləcək 2012-ci il Avropa çempionatını izləyəcəkdi. O, eyni zamanda "ay-ulduzlular"ın tarixində hamıdan çox – 118 dəfə forma geyinən Rüştü Rəçbərə futboldakı xidmətləri qarşılığında mükafat verəcəkdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB