İstanbulun "Fənərbaxça" futbol klubundan ayrılaraq İspaniyanın "Xetafe" futbol klubuna transfer olunan Daniel Quiza, burda da yaxşı günlər keçirmir. Siasport.az saytı xəbər verir ki, neçə qarşılaşmadır ki, baş məşqçi tərəfindən ilk 11-liyə belə daxil edilməyən D.Quiza hətta "Xetafe" prezidentini də əsəbləşdirib. Belə ki, Rafael Gordillo "oxçu"nun formada olmadığını və meydana çıxdığı qarşılaşmalarda istənilən oyunu göstərə bilməməsini əsas gətirərək, D.Quiza ilə ciddi söhbət edəcəyini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB