Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində sabah səfərdə "Stok Siti"nin qonağı olacaq "Beşiktaş" klubunun İngiltərəyə gedəcək heyəti açıqlanıb. Siasport.az saytı xəbər verir ki, "qara qartal"ın ispaniyalı ulduzu Quti Hernandez bu dəfə də komandanın ilk 11-liyində yer almayıb və "dumanlı albioma" aparılmayıb. Belə görünür ki, gəldiyi gündən bəri Quti ilə yola getməyən "Beşiktaş"ın baş məşqçisi Karvalhal yenə də ispan futbolçuya "qırmızı işıq" yandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB