Roberto Mançini Karlos Tevezin "kitabını bağladı"!

Roberto Mançini Karlos Tevezin "kitabını bağladı"!

Onsuz da neçə müddət idi ki, İngiltərənin "Mnçester Siti" futbol klubunu tərk etməyə can atan Karlos Tevez, deyəsən artıq öz istəyinə çatıb. Siasport.az saytı xəbər verir ki, dünən UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Bayern Münhen" futbol klubu ilə qarşılaşmada meydana çıxmaqdan imtina edən argentinalı futbol ulduzu, baş məşqçi Roberto Mançinin qəzəbinə gəlib. Dünənki qarşılaşmadan sonra jurnalistlərə açıqlama verən italiyalı futbol mütəxəssisi bildirib ki, o "Mançester Siti"nin baş məşqçisi postunda olacağı müddətdə K.Tevez buir daha bu komandanın formasını geyinə bilməyəcək. Həttda R.Mançini bildirib ki, onun əlində səlahiyyət olsa, o ele indicə K.Tevezi klubdan qovardı.

Bütün xəbərlər Facebook səhifəmizdə