Ölkəmizdə səfərdə olan FİDE prezidenti Kirsan İlyumjinov, gənclər və idman Naziri Azad Rəhimovla görüşündə ölkəmizdə şahmatın inkişafını müzakirə edib. Siasport.az saytı xəbər verir ki, Paytaxtımızda keçirilən Beynəlxalq Gənclər Forumunda iştirak edən FİDE başçısı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə də görüşüb. İlyumjinov təhsil naziri Misir Mərdanovla görüşündə "Məktəbdə şahmat" proqramının perspektivini müzakirə edib. FİDE, Təhsil Naziri və Azərbaycan Şahmat Federasiyası arasında qarşılıqlı əməkdaşlıqla bağlı müqavilə də imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB