Londonun "Arsenal" futbol klubunun hollandiyalı kapitanı Robin Van Persi, bir sıra açıqlamalarla yenidən ingilis mətbuatının gündəminə gəlib. Siasport.az saytı xəbər verir ki, 28 yaşlı hollandiyalı futbol ulduzu, hazırkı gərgin mərhələdə "Arsenal" ilə olan müqaviləsinin müddətinin uzadılıb-uzadılmayacağı barədə ingilis həmkarlarımızın suallarını cavablandırıb. Kapitan belə hesab edir ki, həm yeni mövsümün əvvəli, həm də "Arsenal"ın ağır günlər keçirdiyi, habelə qarşıdakı günlərdə onları gərgin oyunların gözlədiyi bir vaxtda, komanda rəhbərliyi ilə bu məsələni müzakirə etmək çox yanlışlıq olardı. Hazırda "Arsenal"da oynamaqdan məmnun olduğunu deyən V. Persi, bu məsələnin gündəmə gəlməsi üçün zamana çox böyük ehtiyac olduğunu deyib. Xatırladaq ki, hollandiyalı ulduz futbolçu "Bolton"la qarşılaşmada vurduğu 2 qolla azarkeşləri sevindirməklə yanaşı, həmçinin "Arsenal"ın heyətində 100-cü qoluna imza atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB