Almaniyanın "Bayern Münhen" futbol klubunun braziliyalı futbolçusu Breno həbs olunub. Siasport.az saytı xəbər verir ki, "pivəçilər"in braziliyalı forvardının həbsinə əsas səbəb kimi isə, həmin gecə onun evində baş verən yanğın zamanı futbolçunun sərxoş halda olması göstərilir. Polisin iddiasına görə, 21 yaşlı futbolçu, həmin yanğın gecəsi alkoqollu içkilərin təsiri altnda olub və evin yanmasında əsas şübhəli kimi saxlanılır. Hazırda alman polisi hadisəni araşdırmaqla məşğuldur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB