"Neftçi" PFK Azərbaycan Premyer Liqasının VIII turunda keçiriləcək "Simurq"la oyunun hazırlığını davam etdirir. Siasport.az saytı xəbər verir ki, flaqman bu gün səhər saatlarında "Dalğa Arena" stadionunda məşq keçib. Zədəlilər - Flavinyo və Rodriqinyodan başqa bütün futbolçular hazırlıq prosesində iştirak ediblər. Komanda üzvləri baş məşqçi Böyükağa Hacıyevin tapşırıqlarını həvəslə yerinə yetiriblər.
Qeyd edək ki, "Simurq" - "Neftçi" oyunu sentyabrın 30-da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB