Baş katib U-17 (qızlar) ilə görüşüb

Baş katib U-17 (qızlar) ilə görüşüb

Bu gün AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da AFFA-nın baş katibi Elxan Məmmədov 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması ilə görüşüb. Siasport.az saytı xəbər verir ki, baş katib sentyabrın 30-da ilk rəsmi oyununu keçirəcək komandanın üzvlərinə AFFA rəhbərliyi adından uğurlar arzulayıb.

Yığmanın baş məşqçisi Sissi Rayt komandaya yaradılan yüksək səviyyəli şəraitlə bağlı AFFA rəhbərliyinə minnətdarlığını bildirib.

Xatırladaq ki, sentyabrın 30-dan oktyabrın 5-dək Bakıda 17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin IX qrupunun oyunları keçiriləcək. Bu qrupda Bosniya və Herseqovina, İspaniya, Ukrayna və Azərbaycan komandaları mübarizə aparacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə