Yuri Şukanov: "Azərbaycan dünya idmanının, xüsusilə də həvəskar boksun inkişafına töhfələrini verməkdədir"-AÇIQLAMA

Yuri Şukanov: "Azərbaycan dünya idmanının, xüsusilə də həvəskar boksun inkişafına töhfələrini verməkdədir"-AÇIQLAMA
"Boks üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi təsadüfi deyil. Ölkəniz dünya idmanının, xüsusilə də həvəskar boksun inkişafına töhfələrini verməkdədir. Azərbaycan idmançıları müxtəlif beynəlxalq yarışlarda, o cümlədən Olimpiya oyunlarında uğurla çıxış edirlər". Siasport.azx saytı xəbər verir ki, bu sözləri Bakıda keçirilən boks üzrə 16-cı dünya çempionatına gəlmiş Belarus yığma komandasının baş məşqçisi Yuri Şukanov deyib.

Azərbaycanda bir neçə dəfə olduğunu qeyd edən baş məşqçi, Bakının ildən-ilə daha da gözəlləşdiyinin şahidi olduğunu söyləyib.
Yuri Şukanov əsasən 69, 75 və 91 kiloqram çəki dərəcəsindəki yetirmələrinin yüksək nəticələr əldə edəcəyinə inandığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə