Xub Stevens "Şalke" üçün əla seçimdir?

Xub Stevens "Şalke" üçün əla seçimdir?
Nəhayət ki, Almaniyanın "Şalke 04" futbol klubunun baş məşqçisinin kimliyinə aydınlıq gəlib. Siasport.az saytı xəbər verir ki, əvvələr də bu komandanı çalışdırmış Xub Stevens alman klubunun sükanı arxasına keçib. Təcrübəli futbol mütəxəssisi, gələn ilin yayına qədər "Şalke"ni çalışdıracaq. Xatırtladaq ki, 1996-2002-ci illərdə "Şalke"nin sükanı arxasında olmuş futbol mütəxəssisi, 1997-ci ildə komandaya UEFA Kubokunu, 2001-ci və 2002-ci illərdə isə Almaniya kubokunu qazandırıb. İndi "Şalke" rəhbərliyi və komandanın milyonlarla azarkeşi ondan yeni qələbələr və müvəfəqqiyətlər gözləyirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə