Dmitri Piroq ermənini nakauta salaraq xəstəxanalıq etdi-VİDEO

Dmitri Piroq ermənini nakauta salaraq xəstəxanalıq etdi-VİDEO
Rusiyalı Dmitri Piroq Gennadi Martirosyana qalib gələrək VVBO versiyası üzrə orta çəkidə dünya çempionu titulunu qoruyub. Siasport.az saytının lenta.ru-ya istinadən verdiyi məlumata görə, Krasnodarda keçirilən döyüş 10-cu raundda Martirosyanın məşqçiləri tərəfindən saxlanılıb və beləliklə Piroq texniki nokautla qələbə qazanıb.
Qeyd edək ki, Dmitri Piroq 2010-cu il iyulun 31-də ABŞ-dan olan Daniel Cekobsona nokautla qalib gəldikdən sonra bugünədək VVBO üzrə dünya çempionu adını daşıyır. Rus boksçu 2011-ci ilin martında Argentina idmançısı Xaver Maseli məğlub edərək ilk dəfə titulunu müdafiə etmişdi. Bu dəfəki döyüşdə isə o, dünya çempionu titulunu ikinci dəfə qoruyub.
Piroq indiyədək keçirdiyi 19 döyüşün hamısında (15-i nokautla) rinqi qalib tərk edib.
Martirosyanı isə rinqdən birbaşa xəstəxanaya aparıblar.



Bütün xəbərlər Facebook səhifəmizdə