Joze Maurinyo Hamit Altıntopu "Ayaks"la qarşılaşmada meydana buraxacaq
Almaniyanın "Bayern Münhen" futbol klubundan İspaniyanın "Real" futbol klubuna transfer olunan Hamit Altıntop barədə yeni məlumat açıqlanıb. Siasport.az saytı xəbər verir ki, zədə üzündən yeni klubunda bir dəfə də olsun rəsmi oyuna çıxmayan türk futbolçunu, kral klubunun baş məşqçisi Joze Maurinyo, UEFA Çempionlar Liqasının qrup oyunları çərçivəsində "Ayaks" klubu ilə keçiriləcək qarşılaşmada meydana buraxacaq. Bu barədə Madrid "Real"ının rəsmi internet səhifəsi açıqlama yayıb. J.Maurinyonun özü də hələ bir həftə bundan əvvəl jurnalistlərə bildirmişdi ki, zədəsini yenicə sağaldan futbolçulara qarşıdakı həftələrdə şans verməyi düşünür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB