Məhəllələrarası mini-futbol yarışının yarımfinal və final oyunları keçiriləcək

Məhəllələrarası mini-futbol yarışının yarımfinal və final oyunları keçiriləcək
Sabah Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Nərimanov rayonunda yerləşən 200 saylı orta məktəbin futbol meydançasında Nərimanov rayonu üzrə məhəllələrarası mini-futbol yarışının yarımfinal və final oyunları keçiriləcək. Siasport.az saytı xəbər verir ki, tədbirin keçirilməsində məqsəd məhəllələrdə və digər yaşayış yerlərində futbolun kütləviliyinin genişləndirilməsi, yeniyetmə və gənclərin kütləvi bədən tərbiyəsinə cəlb edilməsi və Azərbaycanda futbolun 100 illiyinin geniş qeyd olunmasından ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə