"Qalatasaray" "Eskişehirspor"un da "dərsini verdi"!

"Qalatasaray" "Eskişehirspor"un da "dərsini verdi"!
Dünən Türkiyə Superliqasının 4-cü turu çərçivəsində öz meydanında "Eskişehirspor"u qəbul edən İstanbulun "Qalatasaray" futbol klubu, rəqibini 2:0 hesabı ilə məğlub edib. Siasport.az saytı xəbər verir ki, "cim bom" qarşılaşmanın 22-ci dəqiqəsində Gökhan Zanın və 51-ci dəqiqədə Felipe Melonun qolları ilə rəqibini "Türk Telekom Arena"dan əliboş yola salıb. "Qalatasaray" futbolçularının gözəl oyun və texnikalı futbol oynamaları ilə yadda qalan bu qarşılaşmada əldə olunan qələbə hesabı, İstanbul təmsilçisinin turnir cədvəlindəki mövqeyini də xeyli yaxşılaşdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə