Azərbaycan yığması Hollandiya millisi ilə qarşılaşcaq

Azərbaycan yığması Hollandiya millisi ilə qarşılaşcaq

Bu gün İtaliyanın Monza şəhərində qadınlar arasında voleybol üzrə Avropa çempionatının pley-off mərhələsinin oyunları keçiriləcək. Siasport.az saytı xəbər verir ki, bu mərhələyə vəsiqə qazanmış Azərbaycan voleybolçuları Hollandiya milli komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan – Hollandiya cütünün qalibini dörddəbir final mərhələsində İtaliya yığması ilə oyun gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə