AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Siasport.az saytı iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:
Azərbaycan Premyer Liqasının VII turunun "Neftçi"– "Bakı" matçında "Bakı" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (bir min) manat cərimə olunur (maddə 40).
Azərbaycan Premyer Liqasının VII turunun AZAL – "Qarabağ" matçının 82-ci dəqiqəsində "Qarabağ" klubunun 77 №-li futbolçusu Georgi Adamiya idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 (iki yüz) manat cərimə olunur (maddə 48). Oyunun 80-ci dəqiqəsində "Qarabağ" klubunun məşqçisi Çudomir Çakarov texniki zonadan kənarlaşdırıldığı üçün məşqçi 1 oyunluq cəzalanır, klub 1000 (bir min) manat cərimə olunur (maddə 63).
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VII turunun "Turan" – "Rəvan" matçında "Turan" klubunun 3 №-li futbolçusu Qüvvət Əmrahov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 (bir yüz) manat cərimə olunur (maddə 48).
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VII turunun "Neftçi" – "Bakı" matçında "Bakı" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 (beş yüz) manat cərimə olunur (maddə 40).
Azərbaycan I divizionunun III turunun "Şuşa" – "Lokomotiv" matçında "Şuşa" və "Lokomotiv" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 (bir yüz) manat cərimə olunur (maddə 40). Oyunun 73-cü dəqiqəsində "Şuşa" klubunun 13 №-li futbolçusu Pərviz Bayramov kobud oyuna görə barbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 (iki yüz) manat cərimə olunur (maddə 37.1). Matçın protokolunda oyunun 85-ci dəqiqəsində "Şuşa" klubunun 9 №-li futbolçusu Orxan Lalayevin kobud oyuna görə barbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı göstərilmişdir. Lakin matçın video yazısını izlədikdə futbolçuya göstərilən qırmızı vərəqənin əsassız olduğu aşkar olunmuşdur. Bu faktı oyunun hakim-inspektoru da öz raportunda əks etdirmişdir. Bu səbəbdən də futbolçuya göstərilən vərəqə ləğv edilir. Matçın 90+1-ci dəqiqəsində "Lokomotiv" klubunun 3 №-li futbolçusu Aydın Mustafazadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 (iyirmi) manat cərimə olunur (maddə 48).
Azərbaycan I divizionunun III turunun "Karvan" – "Tərəqqi" matçında "Karvan" və "Tərəqqi" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 (bir yüz) manat cərimə olunur (maddə 40).
Azərbaycan I divizionunun III turunun "Bakılı" – "Şəmkir" matçında "Şəmkir" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 (bir yüz) manat cərimə olunur (maddə 40). Matçın 85-ci dəqiqəsində "Şəmkir" klubunun 13 №-li futbolçusu Tural Hacıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 (iyirmi) manat cərimə olunur (maddə 48).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB