Vaqif Sadıqov: "Uğursuzluqlara son qoymalıyıq"-AÇIQLAMA

Vaqif Sadıqov: "Uğursuzluqlara son qoymalıyıq"-AÇIQLAMA
"Bizim heç bir bəhanəmiz yoxdur. Xal itkisinə görə heç nəyi bəhanə etmirik. Meydana sadəcə qələbə qazanmağa çıxmışdıq. Çünki üç xal bizim üçün çox vacib idi". Siasport.az xəbər verir ki, bu sözləri "Terek"lə oyundan sonra "Anji"nin azərbaycanlı baş məşqçisi Vaqif Sadıqov deyib.
"Anji"nin baş məşqçisi Hacı Hacıyev cəzalı olduğundan komandanı "Terek"lə görüşə Sadıqov çıxarıb. Amma Mahaçqala təmsilçisi onun rəhbərliyi altında qələbə qazana bilməyib - 2:2. Millimizin sabiq baş məşqçisi bundan nəticə çıxarmalı olduqlarını bildirib: "Bu futboldur. İndi biz bundan nəticə çıxarmalı və qarşıdakı oyunlara daha yaxşı hazırlaşmalıyıq, uğursuzluqlara son qoymalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə