Tofiq Bəhrəmov adına Respublika stadionunun 60 illik yubileyi münasibətilə tədbir keçirilib

Tofiq Bəhrəmov adına Respublika stadionunun 60 illik yubileyi münasibətilə tədbir keçirilib

Tofiq Bəhrəmov adına Respublika stadionunun 60 illik yubileyi münasibətilə tədbir keçirilib. Siasport.az saytı xəbər verir ki, tədbir Bakıdakı restoranlardan birində təşkil olunub. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, stadionun direktoru Akif İsmayılov, Milli Olimpiya Komitəsinin 1-ci vitse-prezidenti Çingiz Hüseynzadə, AFFA-nın baş katibi Elxan Məmmədov və digər futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan nazir Azad Rəhimov stadionun direktorunu, işçilərini və idman ictimaiyyətinin nümayindələrini yubiley munasibətilə səmimi qəlbdən təbrik edib.

Həmçinin digər iştirakçılar da çıxış edərək yubiley münasibətilə öz təbriklərini çatdırıblar. Müğənnilərin ifası tədbir davam etdirilib.


Bütün xəbərlər Facebook səhifəmizdə