Sambo üzrə Bakı şəhər açıq birinciliyi keçirilib.

Sambo üzrə Bakı şəhər açıq birinciliyi keçirilib.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına əsasən Hövsan Olimpiya İdman Kompleksində sambo idman növü üzrə 1993-94-cü il təvəllüdlü idmançılar arasında Bakı şəhər açıq birinciliyi keçirilib. Siasport.az saytı xəbər verir ki, birincilikdə 12 idman cəmiyyəti və klubu həmçinin 127 idmançı 10 çəki dərəcəsi üzrə qalib adı uğrunda mübarizə aparıb. Yarışın sonunda birinciliyin qalibləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə