Dünya çempionatının başlanması ilə bağlı mətbuat konfransı keçirilib
Bu gün Heydər Əliyev adına İdman-Konsert Kompleksində boks üzrə 16-cı dünya çempionatının başlanması ilə bağlı mətbuat konfransı keçirilib. Siasport.az saytı xəbər verir ki, mətbuat konfransında çıxış edən Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq-Kuo Vu 2012-ci ildə Londonda keçiriləcək Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu, idmançılar üçün hər cür şəraitin yaradıldığını bildirib. Azərbaycan paytaxtının bir çox beynəlxalq idman yarışlarına ev sahibliyi etdiyini diqqətə çatdıran AİBA-nın prezidenti, çempionatın açılış mərasiminin zövqlə tərtib olunduğunu qeyd edib.
Çinq-Kuo Vu Azərbaycanda idmanın bütün növlərinə diqqət və qayğının yüksək səviyyədə olduğunu bildirib, xüsusilə həvəskar boksa olan marağın bundan sonra da yüksələn xətlə davam edəcəyinə ümidvar olduğunu vurğulayıb. AİBA çempionatın şəffaf və obyektiv şəkildə keçirilməsi üçün üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib.
Çinq-Kuo Vu boksun dünyada daha geniş müstəvidə yayılması üçün təşkilatın gördüyü işlərdən danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB