Flavinyo: \"Bakı\" ilə oyundan sonra bildim ki, məni zədələyən ötən mövsüm də ayağımı sındırmış futbolçudur\"-AÇIQLAMA-VİDEO
\"Neftçi\"nin yarımmüdafiəçisi Flavinyo Azərbaycan Premyer Liqasının VII turunun \"Bakı\" klubu ilə oyununda zədələnib. Siasport.az saytı xəbər verir ki, tibbi müayinədən sonra braziliyalı futbolçunun bir müddət yaşıl meydançalardan kənarda qalacağı müəyyənləşib. Ona zədə yetirən oyunçu isə rəqib komandanın üzvü Novruz Məmmədovdur. Bu həmin futbolçudur ki, ötən mövsüm \"Muğan\" klubunun heyətində Flavinyoya qarşı kobud oynayaraq, komandanın üzvünün ayağını sındırmışdı.
Braziliyalı futbolçu bununla bağlı fikirlərini klubun rəsmi saytına bildirib: \"Bu cür oynamaq olmaz! Belə olan halda Azərbaycana səviyyəli legioner də gəlməz. Bu tip kobudluqlara hakimlər də göz yummamalıdır. Çünki kobudluq edən futbolçular cəzalandırılsa, belə halların da qarşısı alınar. \"Bakı\" ilə oyundan sonra bildim ki, məni zədələyən ötən mövsüm də ayağımı sındırmış futbolçudur. Maraqlıdır, amma təsadüf bir dəfə olur, iki dəfə yox. Allaha dua edirəm ki, bu dəfə ayağım sınmadı. Azərbaycanı çox sevirəm, maraqlı futbol çempionatı gedir. Ancaq bu cür hallar davam etsə, Azərbaycanı tərk etmək məcburiyyətində qalacağam\".
Novruz Məmmədovun Flavinyoya qarşı kobud oynadığı epizodun videogörüntüsünü təqdim edirik:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB