Voleybolçu qadınlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Faiq Qarayev Avropa çempionatının pley-off mərhələsindəki rəqibimiz haqqında fikirlərini bildirib. Siasport.az saytı xəbər verir ki, mundial.az saytına müsahibəsində o, Hollandiya barədə bunları dilə gətirib: "Xorvatiya ilə oyunda qızlar özlərini əsl komanda kimi göstərə bildilər. Gəlin bütün neqativ şeyləri bir kənara qoyaq. Bu, hər bir komandada var. Mən əminəm ki, bu oyunu Hollandiyaya qarşı da sərgiləyə bilsək, onları məğlub edə bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB