"Azercell U-17 Liqa"nın püşkü atılıb

"Azercell U-17 Liqa"nın püşkü atılıb

Bu gün AFFA-nın inzibati binasında "Azercell U-17 Liqa"nın 2011-2012-ci il mövsümünün püşkatma mərasimi keçirilib. Siasport.az saytı xəbər verir ki, tədbirin əvvəlində "Azercell U-17 Liqa"nın ötən mövsümündə keçirilən oyunlardan hazırlanmış videoçarx nümayiş etdirilib. AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin müdiri Elçin Məmmədov çıxış edərək növbəti mövsümün püşkatması ilə əlaqədar iştirakçı komandaları təbrik edib. Sonra Azercell şirkətinin korporativ ünsiyyət və sosial məsuliyyət bölümünün rəhbəri Ülviyyə Həsənzadə "Azercell U-17 Liqa"nın növbəti mövsümdə də uğurla təşkil olunacağına inandığını bildirib.

Püşkün nəticəsinə əsasən, I turda komandalar aşağıda göstərilmiş qaydada qarşılaşacaqlar:

"İnter" - "Qarabağ"

"Turan" - "Neftçi"

"Rəvan" - "Xəzər Lənkəran"

"Simurq" - "Neftçi İSM"

"Sumqayıt Şəhər" - "Qəbələ"

"Bakı" - "Şahdağ Qusar"

AZAL - "Kəpəz"

Bütün xəbərlər Facebook səhifəmizdə