Pro kateqoriyalı kursların ikinci mərhələsi bu gün başlayacaq

Pro kateqoriyalı kursların ikinci mərhələsi bu gün başlayacaq

Bu gün Park İnn otelində AFFA-nın təşkilatçılığı ilə UEFA-nın Pro kateqoriyalı lisenziya kurslarının ikinci mərhələsi start götürəcək. Siasport.az saytı xəbər verir ki, almaniyalı mütəxəssis Erik Rutemöllerin rəhbərliyi ilə keçiriləcək bu mərhələyə oktyabrın 8-də yekun vurulacaq.

Xatırladaq ki, Azərbaycanda ilk dəfə təşkil olunan Pro kateqoriyalı lisenziya kurslarının ilkin mərhələsi bu il iyunun 27-dən iyulun 2-ə qədər olan müddətdə keçirilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə