\"Fulhem\" klubunun futbolçusu Şimali İrlandiya millisində çıxış etməkdən imtina etdi!

\"Fulhem\" klubunun futbolçusu Şimali İrlandiya millisində çıxış etməkdən imtina etdi!

Futbol üzrə Şimali İrlandiya yığmasının kapitanı Aaron Hyuzu, bundan sonra bu ölkənin əsas millisinin düşərgəsində görə bilməyəcəyik. Siasport.az saytı xəbər verir ki, 32 yaşlı futbolçu, sən demə bundan sonra futbol üzrə Şimali İrlandiya yığmasındakı karyerasını bitirmək qərarına gəlib. Xatırladaq ki, Hyuz Avro-2012- nin seçmə mərhələsinin son 2 matçından sonra millidə oynamayacağını bildirib. İngiltərənin "Fulhem" klubunda çıxış edən təcrübəli orta sahə oyunçusu artıq DÇ-2014-ə millisinə kömək etməyəcək. O, bunu çıxış etdiyi Premyer Liqaya və klub karyerasına daha çox diqqət ayırmaq istəyi ilə izah edib.

Bütün xəbərlər Facebook səhifəmizdə